Xırdalan şəhəri ərazisində bir nəfərin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Əsədullayev saxlanılıb.
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?
Hər iki faktla bağlı araşdırma aparılır.