Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.
Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.