Çində kimya zavodunda partlayış olub

15:25 - 18 Aprel 2024 - DÜNYA

Çinin şimal-qərbindəki Ningxia Hui Muxtar Bölgəsində kimyəvi zavodda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış səhər tezdən Ningxia Baofeng Energy zavodunda baş verib. Bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Hazırda partlayışla bağlı araşdırma aparılır.

Xəbər xətti