Emirates Dubaydan uçan sərnişinlər üçün qeydiyyatın dayandırılmasını uzadıb

00:47 - 18 Aprel 2024 - DÜNYA

Emirates Hava Yolları əlverişsiz hava şəraitinin yaratdığı əməliyyat problemləri ilə əlaqədar olaraq Dubay Beynəlxalq Hava Limanından yola düşəcək sərnişinlər üçün qeydiyyatın dayandırılmasını aprelin 18-i yerli vaxtla saat 09:00-a (GMT 08:00) qədər uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun X səhifəsində bildirilib.

Aviaşirkət sərnişinlərə hava limanına saat 09:00-dan sonra və yalnız bron təsdiqi aldıqları halda gəlməyi tövsiyə edib.

Xəbər xətti