Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

12:52 - 29 Aprel 2024 - İQTİSADİYYAT

ABŞ dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Ər-Riyadda görüşüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını nəzərdən keçirib, həmçinin Qəzza zolağında və Rəfah şəhərində vəziyyətin inkişafını müzakirə edərək, atəşkəs və humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayıblar.

Bazar ertəsi Blinken regional turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanına gəldi. Bu həftə dövlət katibi İsrail və İordaniyaya da səfər edəcək və orada Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək.

Xəbər xətti