Axtarış-xilasetmə qrupları sərt eniş edən İran prezidenti İbrahim Rəisinin helikopterini tapıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kuivənd məlumat verib.
"Helikopter tapıldı və biz ona doğru gedirik" - o, IRIB TV-də deyib.
O əlavə edib ki, təxminən 2 km aralıda helikopter görünüb, xilasedicilər bir neçə dəqiqəyə yerə çatacaq. Kulivand qeyd edib ki, təyyarənin yerləşdiyi şəraiti “yaxşı adlandırmaq olmaz”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami axtarış qruplarının təyyarəni tapdığını və qəza yerinə getdiyini təsdiqləyib.
Reutersin məlumatına görə helikopter tamamilə yanıb.