9 yaşlı uşaq qızdırmadan öldü

09:20 - 20 May 2024 - HADİSƏ

Şirvan şəhərində 9 yaşlı uşaq qızdırmadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu ötən gecə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Bu gün səhər saat 05 radələrində o, xəstəxanada qızdırmadan dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı ev şəraitində müalicə alırmış və son anda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti