Ağsuda təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirilib

10:09 - 17 Aprel 2024 - HADİSƏ

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

APA xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Xəbər xətti