İsrail tankları tərk etdikləri Qəzzanın şimalına qayıdıb

08:11 - 17 Aprel 2024 - DÜNYA

İsrail tankları bir neçə həftə əvvəl tərk etdikləri Qəzza zolağının şimalına qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, tanklar Beyt Hanun ərazisinə doğru irəliləyib və köçkün ailələrin sığındığı bir neçə məktəbi mühasirəyə alıblar . Həmçinin, sakinlər Beyt Hanun və Cəbəliyə bölgələrində internetin kəsilməsi barədə məlumat veriblər.

Xəbər xətti