"Hizbullah" İsraildə hərbçilərin kazarmalarını raket zərbələri endirib

20:03 - 16 Aprel 2024 - DÜNYA

"Hizbullah" partiyasının silahlı qanadı Livanın cənubundakı Şebaa sərhəd bölgəsində İsrail hərbçilərinə qarşı əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, qurumun Telegram kanalında yayılan bəyanatında deyilir ki, silahlılar İsrail ordusunun Zıbdindəki kazarmalarına çoxsaylı reaktiv yaylım atəşi açıb. 

Tank əleyhinə idarə olunan raketlər Kfar Şuba təpələrində Es Samakda artilleriya batareyasını vurub. Bu hücumun nəticələri barədə məlumat verilmir.

Bundan əlavə, “Al Mayadeen” telekanalının məlumatına görə, Qərbi Qalileydəki İsrail mövqelərinə ən azı 15 raket atılıb.

Xəbər xətti