Çingiz Abdullayev qidadan zəhərlənməyib - RƏSMİ

12:28 - 15 Aprel 2024 - Cəmiyyət

Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Ucnoqta.az-a bildirilib.

"Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir" - məlumatda bildirilib.

Xəbər xətti