İndoneziyada torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb

09:59 - 15 Aprel 2024 - DÜNYA

İndoneziyanın Cənubi Sulavesi əyalətində torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Torpaq sürüşməsindən sonra 15 nəfərin meyiti tapılıb. 

Baş verən sürüşmə ilə əlaqədar 14 gün müddətinə fövqəladə vəziyyət elan edilib.

Xəbər xətti