Meksikada helikopter qəzaya uğrayıb

07:54 - 15 Aprel 2024 - DÜNYA

Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat verib.

"Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükə altında deyildi", - o, X-də yazıb. 

 Mexiko şəhər prokurorluğu Bell 206 helikopterinin qəzaya uğrama şəraiti ilə bağlı araşdırmaya başlandığını elan edib.

Xəbər xətti