Türkiyə futbolunda bu da oldu: Futbolçular meydanı tərk etdi - VİDEO

22:52 - 7 Aprel 2024 - İDMAN

“Qalatasaray” – “Fənərbaxça” arasında keçirilən Superkubok matçı 2-ci dəqiqədə “Fənərbaxça”nın meydandan geri çəkilməsi ilə yarımçıq qalıb.

Ucnoqta.az xəbər verir ki, İkardinin 1-ci dəqiqədə vurduğu qoldan sonra Türkiyə Futbol Federasiyasının qərarlarına etiraz olaraq "Fənərbaxça” futbolçuları meydanı tərk ediblər.

U19 komandasının oyunçuları baş məşqçi Murat Zeki Gölənin göstərişi ilə oyunu yenidən başlatmayıb və meydandan paltardəyişmə otağına yollanıblar.

Qarşılaşmanın baş hakimi Volkan Bayarslan və köməkçiləri bir müddət gözləyərək "Fənərbaxça"nın geri dönməyəcəyinə əmin olub, sonra 4-cü dəqiqədə matçı yarımçıq qoyub.

Xəbər xətti