Gürcüstan parlamenti İslandiya, Litva və Estoniyanın XİN rəhbərlərini ittiham edib

10:45 - 16 May 2024 - DÜNYA

Gürcüstan parlamenti İslandiya, Litva və Estoniyanın xarici işlər nazirlərini hökuməti devirməyə cəhddə ittiham edib.

Ucnoqta.az xəbər evrir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə iştirak edən İslandiya, Litva və Estoniya xarici işlər nazirlərini Gürcüstan hökumətini devirməyə cəhddə ittiham edib.

“Radikal müxalifət partiyaları tərəfindən hökumətə qarşı yönəlmiş bir qrup gəncə müraciət edərək onları “bütün xalq” adlandırmaq Aİ xarici işlər nazirlərindən daha çox Sovet və ya Rusiya təbliğatından gözlənilən bir hərəkətdir.
Üstəlik, demokratik yolla seçilmiş hökumətin qanunvericiliyi bəyənmədəyinizə görə onu devirmək cəhdinə dəstək verirsiniz”, - Papuaşvili Facebook sosial şəbəkəsində yazıb.

Xəbər xətti