FHN "Ağ çiçəyimdəki" yanğınla bağlı məlumat yaydı

08:35 - 16 May 2024 - Xəbər

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m. olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.

Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.

Xəbər xətti