Ukrayna alyansın bir hissəsi olacaq - NATO baş katibinin müavini

11:31 - 1 Mart 2024 - DÜNYA

NATO baş katibinin müavini Mirça Coana Ukraynanın Şimali Atlantika Alyansına qoşulacağını bildirib

Ucnoqta.az xə.bər verir ki, alyansın baş katibinin müavini bunun nə vaxt baş verəcəyini hələlik dəqiq söyləmək olmadığını qeyd edib.

“Biz Ukraynanı dəstəkləməyə davam etməkdə və Rusiya ilə münasibətləri gərginləşdirməməkdə qərarlıyıq, indiyə qədər bunu çox yaxşı bacarmışıq. Bu, Ukraynanın Aİ-yə daxil olmaq və NATO ilə yaxınlaşma üzrə danışıqlara başlamasından sonra xüsusilə vacibdir”, - deyə Geoana əlavə edib.

 “Bunun nə vaxt baş verəcəyini deyə bilmərik, amma bir gün suveren Ukrayna NATO və Aİ-nin bir hissəsi olacaq”.

Xəbər xətti