"Qranadadan sonra həmişə liderlərin görüşü üçün təkliflər üçün ideyalar olub, müxtəlif partiyalar təşəbbüslərlə çıxış ediblər".
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Hesab edirəm ki, indi də belə bir görüşün təşkili üçün belə cəhdlər edilir. Hələlik belə bir razılaşma yoxdur", - Mirzoyan qeyd edib.
Ölkələrin sərhədində nümayəndə heyətlərinin görüşünün keçirilməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, nazir belə bir ideyanın onun da eşitdiyini, lakin bu barədə heç bir təklifin olmadığını deyib.
“Belə bir təklif gəlsə, biz bu barədə düşünəcəyik” - nazir deyib.