“Bərəkət” İB Tovuz rayonu üzrə KOB İnkişafı Mərkəzinin fəaliyyətinə dəstək göstərib

16:28 - 26 May 2022 - Cəmiyyət

“Bərəkət” İctimai Birliyi tərəfindən Tovuz rayonu üzrə Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri göstərilməsi istiqamətində “Məsləhət xidmətlərinin təşkili” və “Regiona uyğun KOB-ların inkişaf Planı” adlı Proqramlar hazırlanıb.

“Bərəkət” İctimai Birliyi tərəfindən 24 moduldan ibarət olan "Biznesə başla" təlim kitabı hazırlanmışdır. Sözügedən kitab regionunun iqtisadi potensialına uyğun olaraq iqtisadiyyat müxtəlif sahələrini əhatə etmişdir. Əlavə olaraq KOB subyektləri üçün şərab istehsalı, soyuducu anbar qurulması, yerkökü istehsalı üzrə və digər mövzularda ilkin texniki iqtisadi əsaslandırma olmaqla biznes planlar işlənib hazırlanmışdır. Həmçinin Tovuz, Ağstafa və Qazax rayonlarının potensial investisiya layihələr kataloqu hazırlanmışdır.

Xəbər xətti