Zaqatalada bıçaqlanma hadisəsi olub.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu gün saat 15:30-da Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.