TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.
TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
14:12
Bərdədə yas mərasimi keçirilən ev uçub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ev anidən çöküb.
Hadisə nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.