Şamaxı sakini traktorun təkərinin altında qalaraq ölüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sündü kənd sakini, 38 yaşlı Babək Alcanov tanışı İslam Bədəlovun idarə etdiyi traktorun qoşqu yerinə minmək istəyərkən yıxılaraq təkərin altında qalıb.
Hadisə B.Alcanov hərəkətdə olan traktora minmək istəyərkən qeydə alınıb. O, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.