Şabranda sexdə təkər partlayıb, usta ölüb

10:07 - 22 Noyabr 2023 - HADİSƏ

Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

"Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.

Xəbər xətti