Bakıda lotoreya satışı məntəqəsində soyğunçuluq edilib.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.