DSX-nin əsgəri müalicə aldığı xəstəxanada vəfat edib

12:17 - 16 Noyabr 2023 - HADİSƏ

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

Bu barədə Ucnoqta.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbər xətti