Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada həbs edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Le Monde qəzeti yazıb.
Axtarışlar oliqarxın Parisdəki evində və Sen-Tropedəki villasında aparılıb. Qəzet onu “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırır və qeyd edir ki, o, Ukraynadakı hadisələrlə bağlı Aİ-nin sanksiyaları altındadır.
Prokurorluğun məlumatına görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları ilə bağlı şübhələrə aiddir.