Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Penitensiar Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.
O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.