Tərtərdə mina partlayıb, bir nəfər ölüb

17:44 - 6 Oktyabr 2023 - HADİSƏ

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Y.Hadıyev bundan əvvəl bir neçə dəfə azad olunmuş ərazilərə icazəsiz daxil olduğuna görə ona rəsmi xəbərdarlıq edilib. O, hətta bu ilin martında Tərtərin Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə minaya düşüb, sol ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

 

 

Xəbər xətti