Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədova hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, ittiham aktına görə, Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədovun həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.