Kolumbiyada "Tiqres" futbol klubunun rəhbəri komandasının məğlubiyyətindən sonra güllələnib
Ucnoqta.az xəbər verir ki, bu barədə klub X-də yazıb. Bildirilir ki, "Tiqres" klubunun prezidenti Edqar Paez şənbə günü Kolumbiya futbol çempionatının ikinci divizionunun 13-cü tur matçında komandanın məğlubiyyətindən sonra vətənə qayıdarkən güllələnib. Tiqres həmin gün “Atletiko” ilə görüşdə 2:3 hesabı ilə uduzub.
63 yaşlı Paes qızı ilə avtomobildə gedərkən motosikldə olan iki naməlum şəxs yaxınlaşaraq klub prezidentinə bir neçə dəfə atəş açıb. Güllələr Paesin sinəsinə, boynuna və başına dəyib. O, xəstəxanaya aparılıb və orada ölüb.