Sentyabrın 25-də Xankəndi-Əsgəran yolundakı benzin anbarında baş vermiş partlayış nəticəsində xəsarət alan 20 nəfər xəstəxanalarda ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Ölənlərdən yeddisinin şəxsiyyəti müəyyən edilib.
Partlayışdan sonra yanıq xəsarətləri ilə ümumilikdə 290 nəfər tibb mərkəzlərinə aparılıb.
Qeyd edək ki, partlayış yerli vaxtla 20:00 radələrində baş verib.