Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb

09:45 - 22 Sentyabr 2023 - HADİSƏ

Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Qəmbər Dilavər oğlu Əlizadə özünə antibiotik vurub.

İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti