Bakıda səhvən sirkə turşusu içən qadın ölüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərləmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 2 gün sonra o xəstəxanada ölüb.
Ailə üzvlərinin sözlərinə görə, Ayna Məhərləmova həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.
Araşdırma aparılır.