Rusiyanın Altay diyarının Barnaul sakini iki uşağı öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin bölgə üzrə Telegram kanalı məlumat yayıb. Hadisə Barnaulun Sənaye məhəlləsində, çoxmərtəbəli binaların birində baş verib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi “Yetkinlik yaşına çatmayanların öldürülməsi” maddəsinin “a” bəndi ilə cinayət işi açılıb.
Ölən uşaqlardan biri üç yaşında, ikincisi isə səkkiz aylıq olub.