Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.
Xidmətdən Ucnoqta.az-a verilən xəbərə görə, duman Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.