"Challenger 3" tankının ilk prototipləri ilin sonuna qədər hazır olacaq

21:02 - 12 Sentyabr 2023 - DÜNYA

Britaniyanın yeni “Challenger 3” tankının ilk prototipləri 2023-cü ilin sonuna kimi hazır olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi Patrik Sanders məlumat verib.

“Biz bu il “Challenger 3”-ün ilk prototiplərini görəcəyik”, - o, Londonda keçirilən beynəlxalq silah sərgisində çıxış edərkən deyib.

Böyük Britaniyanın müdafiə şirkəti BAE Systems və Almaniyanın Rheinmetall konserninin birgə müəssisəsi tərəfindən hazırlanan yeni nəsil “Challenger 3” tanklarının Kral Silahlı Qüvvələrinin xidmətinə yalnız 2027-ci ildə başlayacağı güman edilir. Əvvəlcə onların ümumi sayının 148 ədəd olacağı planlaşdırılırdı, lakin The Daily Mail-in qeyd etdiyi kimi, Ukraynadakı münaqişə fonunda Böyük Britaniya sifarişi artıra bilər.

Xəbər xətti