Turin "Yuventus"unun fransalı yarımmüdafiəçisi Pol Poqba İtaliya çempionatının ilk turunun "Udineze" ilə oyunundan (3:0) sonra verdiyi dopinq-testi müsbət çıxdığına görə müvəqqəti diskvalifikasiya olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya Antidopinq Agentliyi məlumat yayıb.
Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Fransız futbolçunu 4 ilə qədər diskvalifikasiya gözləyir.