Ucnoqta.az
www.ucnoqta.az

Poqba futboldan uzaqlaşdırılıb - 4 ilə qədər diskvalifikasiya ...

23:28 - 11 Sentyabr 2023 tarixində dərc olunub.

Turin "Yuventus"unun fransalı yarımmüdafiəçisi Pol Poqba İtaliya çempionatının ilk turunun "Udineze" ilə oyunundan (3:0) sonra verdiyi dopinq-testi müsbət çıxdığına görə müvəqqəti diskvalifikasiya olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya Antidopinq Agentliyi məlumat yayıb.

Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Fransız futbolçunu 4 ilə qədər diskvalifikasiya gözləyir.

Müəllif: Ucnoqta.az redaksiyası