Sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.