Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb

15:16 - 4 Sentyabr 2023 tarixində dərc olunub.

Sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası