Azərbaycanın Çindəki səfiri vəzifəsindən geri çağırılıb - YENİ TƏYİNAT

13:29 - 29 Avqust 2023 - SİYASƏT

Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər xətti