Bakıda intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki binalardan birinin qarşısında baş verib. Burada yaşayan 58 yaşlı T.Həsənov gecə saatlarında ağacdan özünü asıb.
Məlumata görə, T.Həsənov əmlak alqı-satqısı üzrə vasitəçi işləyirmiş. Onun hansı səbəbdən intihar etməsi isə hələlik bilinmir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.