Ucnoqta.az
www.ucnoqta.az

Bakıda makler binanın həyətində özünü asdı

10:59 - 26 Avqust 2023 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki binalardan birinin qarşısında baş verib. Burada yaşayan 58 yaşlı T.Həsənov gecə saatlarında ağacdan özünü asıb.

Məlumata görə, T.Həsənov əmlak alqı-satqısı üzrə vasitəçi işləyirmiş. Onun hansı səbəbdən intihar etməsi isə hələlik bilinmir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası