Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.
Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.