Ucnoqta.az
www.ucnoqta.az

Nardaranda istirahət mərkəzində xuliqanlıq edənlər tutulub

10:26 - 13 İyun 2023 tarixində dərc olunub.

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası