"Latsio" baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatını uğurla keçirib.
Ucnoqta.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat verib.
Həkimlər italiyalıya qulaqcıqların fibrillyasiyası diaqnozu qoyublar və ona transkateter ablasiya əməliyyatı aparılıb. Əməliyyat uğurlu keçib və Sarri tezliklə vəzifəsinə qayıdacaq.
İtaliya çempionatının 17 turundan sonra "Latsio" 24 xalla turnir cədvəlində səkkizinci yerdədir.