“Belə bir şeyin olacağını gözləyirdim” – Misir Mərdanov

11:54 - 30 Dekabr 2025 - Xəbər

“Belə bir şeyin olacağını gözləyirdim. Ona görə də qətiyyən pis olmadım”.

Bunu Musavat.com-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılmasından danışarkən deyib.

O, hazırda iş yerində olduğunu bildirib:

“İndi elə masa arxasında əyləşmişəm. Hələlik yeni yaradılmış instituta direktor təyin olunmayıb, bu işi Elxan Səbziyevə müvəqqəti tapşırıblar.

Allaha şükür ki, mənim də işim var, o istiqamət üzrə işimi davam etdirəcəyəm. Düşünmürəm ki, bundan sonra hansısa problem yaşayım”.

Xəbər xətti