Ukrayna prezidenti Volodimir Zelenski Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ prezidenti Donald Trampdan yeni zəng gözləyir.
Ucnoqta.az xəbər verir ki, Zelenski jurnalistlərə bildirib.
"Dünən prezidentlə görüşdüm və o, mənə dedi ki, komandalarımız birlikdə işləyəcək və sonra mənə zəng edəcək", - o, deyib.
"Məsləhətçilərimizin Kiyevə gələcəyi barədə razılığa gəldik. Hamını həftələr deyil, yaxın bir neçə gün ərzində toplayacağıq. Hər şeyi tez bir zamanda etməliyik. Sonra Avropa liderləri ilə görüşəcəyik. Avropanın hər yerində hamını birləşdirməyə, hamını toplamağa çalışacağıq. Hamının - bütün tərəfdaşlarımızın, bütün tərəfdarlarımızın - diqqət mərkəzində olması vacibdir. Bundan sonra isə ABŞ-da, bu dəfə rəhbərlik səviyyəsində, ABŞ prezidenti ilə konstruktiv görüş keçirmək üçün əlimizdən gələni edəcəyik", - deyə əlavə edib.