Zelenski ərazi güzəştlərini müzakirə etməyə hazır olduğunu bildirib

00:00 - 29 Dekabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Trampla görüşün əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski digər məsələlərlə yanaşı, Ukrayna üçün ərazi güzəştlərini də onunla müzakirə etməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, Zelenski jurnalistin ərazi güzəştlərinin müzakirə olunub-olunmayacağı ilə bağlı sualına cavabında deyib.
"20 bəndlik planı müzakirə edəcəyik. 20 bəndlik planın 90%-i artıq razılaşdırılıb. Bəli, bu məqamları da müzakirə edəcəyik", - deyə o, bildirib.

Zelenski həmçinin qeyd edib ki, razılığa gəlmək üçün son tarixi yoxdur. O, əlavə edib ki, Trampla görüşün əsas məqsədini planlaşdırılan müqavilələrdə qalan həll olunmamış məsələləri, o cümlədən Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlığı, eləcə də onların həyata keçirilməsi ardıcıllığını müzakirə etmək hesab edir.

Xəbər xətti