Şəmkirdə ata-oğul küçədə döyülüblər.
“Report”un məlumatına görə, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.